Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
27 Aprel 21:09
2 814
“Çexiyanın Baş naziri Andrey Babişin Qəbələyə səfəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni mərhələdə artan geosiyasi çəkisinin və formalaşan əməkdaşlıq platformasının mühüm göstəricisidir”.
Bu sözləri deputat Fatma Yıldırım xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu səfər bir daha təsdiqləyir ki, Azərbaycan artıq regionda prosesləri formalaşdıran və istiqamət verən aparıcı dövlətlərdən birinə çevrilib:
“Son illərdə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin siyasi və iqtisadi sabitliyini daha da möhkəmləndirib. Enerji və nəqliyyat layihələri ilə Azərbaycanın Avropa və Asiya arasında körpü rolunun güclənməsi, eyni zamanda regionda təşəbbüskar mövqedən çıxış etməsi ölkəmizi diplomatik cazibə mərkəzinə çevirib. Qəbələ kimi bölgələrə yüksək səviyyəli səfərlərin təşkili isə bu marağın artıq bütün ölkə üzrə genişləndiyini göstərir”.
Deputat qeyd edib ki, regional əməkdaşlıq baxımından bu kimi təmaslar yeni imkanlar yaradır:
“Enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat dəhlizləri və iqtisadi inteqrasiya istiqamətlərində əməkdaşlıq konkret nəticələrə yönəlir. Bu isə Cənubi Qafqazın qarşıdurma məkanı deyil, əməkdaşlıq platforması kimi formalaşmasına xidmət edir.
Fatma Yıldırım vurğulayıb ki, beynəlxalq nüfuz baxımından əsas məqam Azərbaycanın artıq təşəbbüslərlə çıxış edən tərəf olmasıdır.
Bu siyasi xəttin mərkəzində cənab Prezident İlham Əliyevin irəli sürdüyü strateji baxış dayanır. Müxtəlif ölkələrin liderlərinin regiona artan marağı, qarşılıqlı səfərlərin intensivləşməsi və çoxtərəfli platformaların genişlənməsi ölkəmizin etibarlı tərəfdaş imicini daha da gücləndirir”.
Deputatın fikrincə, formalaşan yeni siyasi reallıq Azərbaycanın həm regional sabitliyin təminatçısı, həm də Avropa ilə Asiya arasında strateji əlaqələndirici rolunu uğurla icra etdiyini göstərir:
“Bu mövqe ölkəmizin beynəlxalq qərar qəbuletmə proseslərində çəkisini artırmaqla yanaşı, regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas aktorlardan biri kimi mövqeyini daha da möhkəmləndirir”.
Günel Elxan
25 Sentyabr 16:54
1 092
25 Sentyabr 15:07
742
25 Sentyabr 14:10
1 204