Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
27 Aprel 22:04
2 268
Aprelin 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Polşa Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri Tomaş Mişkeviç ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Polşa arasında dini sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı səfərlərin önəmi müzakirə olunub.
Ramin Məmmədov ölkəmizdə dini təhsil sahəsində aparılan islahatlardan, ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində görülən işlərdən və dini maarifləndirmə sahəsində reallaşdırılan layihələrdən bəhs edib. O, dini və mədəni müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi kimi qorunmasının vacibliyini vurğulayaraq, bu dəyərlərin gələcək nəsillərə sağlam və davamlı şəkildə ötürülməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin dini təhsil sahəsində ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.
Tomaş Mişkeviç Azərbaycanın regionda artan rolunu, ölkəmizin sülh və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərdə fəal iştirakını qeyd edib. Bununla yanaşı, dinlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın mövqeyini önə çəkərək, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrin müsbət nəticələrinə diqqət çəkib.
Görüşdə Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski də iştirak edib.
30 İyun 22:01
1 141
30 İyun 21:58
1 113
30 İyun 19:11
1 239