SAXAL Qəzaya doğru gedən "Sumud" donanmasını Krit sahillərində saxlayıb​​​​​​​ Dünya

SAXAL Qəzaya doğru gedən "Sumud" donanmasını Krit sahillərində saxlayıb​​​​​​​

İsrail Müdafiə Qüvvələri (SAXAL) Krit adası sahillərində, "Qlobal Sumud Donanması" tərkibində Qəza zolağı sahillərinə doğru hərəkət edən gəmilərin qarşısını almağa başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Portal İsrail mənbəsinə istinadən bildirir: "Müdaxilə davam edir, hər hansı fövqəladə hadisə və ya zorakılıq aktı qeydə alınmayıb." Məlumata görə, əməliyyat İsrail sahillərindən yüzlərlə kilometr uzaqda — Kritin qərb sahillərində və Qəza sahillərindən təxminən min kilometr məsafədə həyata keçirilir. Bu, İsrail tərəfinin məlumatına görə, tərkibində təqribən 100 gəmi və 1000-ə yaxın fəalın olduğu donanmanın böyüklüyü ilə əlaqədardır.

Məryəm Quliyeva