10:16
728
Polşanın xarici işlər naziri Radoslav Sikorski Yaxın Şərqdə gərginliyin artması fonunda iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Sikorski özünün "X" hesabında paylaşım edib.
Söhbət zamanı nazir vurğulayıb ki, Polşa üçün mülki əhalinin müdafiəsi, regionda sülhün bərar qərar olması üçün göstərilən səylər, eləcə də strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası prioritet məsələlər olaraq qalır.
Sikorski həmçinin qeyd edib ki, mürəkkəb şəraitə baxmayaraq, Polşanın Tehrandakı diplomatik missiyası fəaliyyətini davam etdirir.
"Diplomatiyamız nəticə verir — hətta bu şəraitdə belə Polşanın İrandakı səfirliyi açıq qalır", — deyə o bəyan edib.
Məryəm Quliyeva