Tramp: "Azadlıq Layihəsi" əməliyyatı müvəqqəti dayandırılır Dünya

Tramp: "Azadlıq Layihəsi" əməliyyatı müvəqqəti dayandırılır

ABŞ administrasiyası, İranla saziş üzrə danışıqların uğurla başa çata biləcəyi və razılaşmanın imzalanacağı barədə məlumat alınana qədər, Hörmüz boğazı vasitəsilə gəmilərin tranzitini təşkil edən "Azadlıq Layihəsi" əməliyyatını dayandırmaq qərarına gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

O qeyd edib ki, ABŞ "Pakistan və digər ölkələr" tərəfindən müvafiq müraciət alıb. Tramp "Truth Social" şəbəkəsində yazıb:

"Biz qarşılıqlı razılığa gəldik ki, tam blokada qüvvədə qalsa da, danışıqların yekunlaşıb-yekunlaşmayacağını və sazişin imzalanıb-imzalanmayacağını görmək üçün "Azadlıq Layihəsi" (gəmilərin Hörmüz boğazından keçidi) qısa müddətə dayandırılacaq".

Məryəm Quliyeva