Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
5 May 20:58
6 181
“Ukrayna Prezidenti Volodymyr Zelenskyy tərəfindən irəli sürülən birtərəfli və “güzgü effektli” atəşkəs təşəbbüsü ümumilikdə müsbət qiymətləndirilsə də, onun reallaşma ehtimalı aşağıdır”.
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.
Deputatın sözlərinə görə, bu cür addım sülhpərvər mövqenin göstəricisi kimi dəyərləndirilə bilər:
“May ayının 6-dan sonra Ukrayna prezidentinin birtərəfli qaydada atəşkəs elan edəcəyi ilə bağlı səsləndirdiyi fikirlər təqdirəlayiqdir. Bu, sülhpərvər yanaşmadır. Ancaq belə bir atəşkəs yalnız qarşı tərəfin – Rusiya cəbhəsinin də eyni addımı atacağı halda mümkün ola bilər. Hələlik isə Rusiya tərəfindən bu istiqamətdə konkret mövqe müşahidə olunmur. Əvvəlki təcrübə bu tip təşəbbüslərin dayanıqlı olmadığını göstərir.
Pasxa bayramı ərəfəsində də atəşkəsə dair müəyyən razılaşma görüntüsü yaranmışdı. Lakin çox qısa müddət sonra – hətta dəqiqələr içində bu razılaşmanın pozulduğunu gördük. Bu da göstərir ki, belə təşəbbüslərin real nəticə vermə ehtimalı kifayət qədər aşağıdır”.
Deputatın fikrincə, Zelenskinin açıqlamasında əsas diqqət çəkən məqam başqa bir mesajla bağlıdır:
“Zelenski bildirir ki, əgər Rusiya paradı atəşkəs olmadan keçirə bilmirsə, o zaman atəşkəs elan edilə bilər və bu addım Rusiyanı daha geniş, qalıcı sülhə təşviq etməlidir. Əslində məsələnin mahiyyəti məhz burada gizlənir. Mövcud şəraitdə Rusiyanın bu yanaşmaya razılıq verməsi real görünmür.
Artıq uzun müddətdir aparılan danışıqların əsas məqsədi qalıcı atəşkəsə nail olmaqdır. Ukrayna tərəfi bunu dəfələrlə bəyan etsə də, Rusiya hələ ki, buna razılıq verməyib. Bu səbəbdən vəziyyət mürəkkəb olaraq qalır və yaxın perspektivdə atəşkəsin real nəticə verəcəyi ehtimalı azdır”.
Günel Elxan
25 Sentyabr 16:54
1 428
25 Sentyabr 15:07
1 099
25 Sentyabr 14:10
1 491