Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Əli Xameneinin cənazəsi xüsusi vida mərasimlərinin keçirilməsi üçün İraqa aparılacaq
5 May 19:13
2 233
Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant Azər Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan əlaqələrin hərbi sahədə də sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini qeyd edib.
Görüşdə bildirilib ki, qarşılıqlı səfərlər qlobal və regional inkişaf tendensiyaları nəzərə alınmaqla radiasiya, kimyəvi və bioloji mühafizə sahəsində fəaliyyətlərin davamlı şəkildə təhlilinə və ordularımızın potensialının ən yüksək səviyyədə saxlanılmasına mühüm töhfə verir.
Tərəflər həmçinin hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətini müzakirə edib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.
