Dünya mətbuatı Prezidentin Avropa Siyasi Birliyinin sammitindəki çıxışını işıqlandırmaqda davam edir
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
“İtaliya Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir”
Bu bazarlarda saxta kürü məhsulları ilə bağlı nöqsanlar aşkarlandı - SİYAHI
17:15
707
Amerika Birləşmiş Ştatları Hörmüz boğazındakı hərbi əməliyyatına rəğmən, İranla atəşkəs rejiminin qorunub saxlanıldığını əsas götürür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.
"Xeyr, atəşkəs başa çatmayıb", — deyə o qeyd edib. Heqset Hörmüz boğazındakı əməliyyatdan danışarkən iddia edib ki, "bu, nəticə etibarilə ayrı, fərqli bir layihədir".
Pentaqon rəhbəri həmçinin vurğulayıb: "Sonda, əgər eskalasiya atəşkəs rejiminin pozulmasına qədər gedib çıxarsa, qərarı ABŞ prezidenti Donald Tramp verəcək və İran bunu bilir. Lakin biz, əlbəttə ki, İranı hərəkətlərində ehtiyatlı olmağa və atəşkəs rejiminin pozulması həddindən aşağı addımlar atmağa çağırırıq".
"Hazırda atəşkəs, şübhəsiz ki, qüvvədə qalır. Lakin biz hadisələrin inkişafını çox diqqətlə izləyəcəyik", — deyə Heqset əlavə edib.
Məryəm Quliyeva