Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Əli Xameneinin cənazəsi xüsusi vida mərasimlərinin keçirilməsi üçün İraqa aparılacaq
5 May 18:32
2 128
Mayın 5-də “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib.
Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindəm xalqcebhesi.az-a verilən xəbərə görə, yeni dəyişikliyə əsasən Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Həmçinin yeni Qanun ilə müəyyən olunmuş imtiyaz bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur və 2026-cı il sentyabrın 15-dən tətbiq ediləcək.
https://president.az/az/articles/view/72295?fbclid=IwY2xjawRm3tBleHRuA2FlbQIxMABicmlkETFBUkFOWkRpd0U1V3JTejRac3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHlgji7wGW5QkkndGngD-vvWcdcv88saxTTOtnJ_XaEQSBcAm6aAn5qOjfkiI_aem_UAjBBt50UhXYOvDWkWyY1w