Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
5 May 16:51
4 193
Aprelin 24-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı laborator nəticələr açıqlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat daxil olub.
"Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə “dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.
Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ləzzət” unlu -qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.
Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.
Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib", - məlumatda qeyd olunub.
27 Noyabr 16:23
882
27 Noyabr 15:53
889
27 Noyabr 15:31
924