ÇXR Hörmüz boğazından gəmilərin keçidinin bərpa olunmasına çağırır Dünya

ÇXR Hörmüz boğazından gəmilərin keçidinin bərpa olunmasına çağırır

Çin Hörmüz boğazından gəmilərin maneəsiz keçidinin ən qısa zamanda bərpa olunmasına çağırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinq zamanı Çin XİN-in rəsmi nümayəndəsi Lin Tszyan bəyan edib.

"Çin davam edən münaqişə səbəbindən Hörmüz boğazında çox sayda gəmi və ekipaj üzvünün blokadada qalması ilə bağlı dərin narahatlığını ifadə edir. Çin hesab edir ki, boğazdan maneəsiz keçidin ən qısa zamanda bərpa olunması, həmçinin mülki gəmilərin və ekipajların təhlükəsizliyinin təmin edilməsi həm region dövlətlərinin, həm də beynəlxalq birliyin ümumi maraqlarına cavab verir", — deyə o qeyd edib.

Diplomat həmçinin tərəfləri "Hörmüz boğazında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün konkret tədbirlər görməyə" çağırıb.

Məryəm Quliyeva