“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
Tramp Netanyahunu əmin etdi: İranla uran məsələsində güzəşt olmayacaq
Dövlət başçısı: İkinci Qarabağ müharibəsi zamanı bizə təzyiqlər nəticə vermədi
Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb - YENİLƏNİB
Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb
13:54
420
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.
“PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.
Dövlətimizin başçısı yeni hotelin təməlini qoydu.


