“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
Tramp Netanyahunu əmin etdi: İranla uran məsələsində güzəşt olmayacaq
Dövlət başçısı: İkinci Qarabağ müharibəsi zamanı bizə təzyiqlər nəticə vermədi
Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb - YENİLƏNİB
Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb
13:50
357
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Beynəlxalq Analar Günü münasibətilə SOS analar və ailə köməkçiləri üçün xüsusi təşəkkür tədbiri təşkil edib.
Tədbirin əsas məqsədi uşaqların təhlükəsiz, qayğıkeş və dəstəkləyici ailə mühitində böyüməsində mühüm rol oynayan SOS anaların gündəlik fədakarlığını qiymətləndirmək, onlara diqqət və təşəkkür ifadə etmək olub.
Tədbir çərçivəsində SOS analar və ailə köməkçiləri üçün səmimi və xoş atmosfer yaradılıb. “Luxe Aura Beauty Center” gözəllik mərkəzi gözəllik və baxım xidmətləri ilə, “Olivia Beauty & Care” isə təqdim etdiyi hədiyyələrlə tədbirin daha yaddaqalan keçməsinə töhfə verib.
Tədbir “Zynergy” marketinq agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.
“SOS Uşaq Kəndləri – Azərbaycan” uşaqların ailə əsaslı qayğı mühitində böyüməsi, sevgi, təhlükəsizlik və dəstək hissi ilə əhatə olunması istiqamətində fəaliyyətini davam etdirir.
Hazırda “SOS Uşaq Kəndləri”ndə 169 uşaq, o cümlədən Bakı kəndində 66, Gəncə kəndində isə 103 uşaq ailə tipli qayğı modeli çərçivəsində dəstək alır.
Assosiasiya bu istiqamətdə göstərilən sosial tərəfdaşlıq təşəbbüslərini yüksək qiymətləndirir.
9 May 17:56
1 400
9 May 10:21
1 526
8 May 18:02
1 764

