Tramp Netanyahunu əmin etdi: İranla uran məsələsində güzəşt olmayacaq Dünya

Tramp Netanyahunu əmin etdi: İranla uran məsələsində güzəşt olmayacaq

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəmanət verib ki, Vaşinqton zənginləşdirilmiş uran məsələsində İranla heç bir güzəştə getməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin 13-cü kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail Trampın Tehranla danışıqlar barədə gözlənilən qərarını diqqətlə izləyir.

Qeyd olunur ki, son müzakirələr zamanı ordu və kəşfiyyat nümayəndələri Netanyahuya İrana qarşı daha sərt mövqelər təqdim ediblər. İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın hərbi imkanlarının hazırkı vəziyyətini zərbələrin bərpası və "missiyanın tamamlanması" üçün "operativ fürsət" hesab edir. "Mossad" isə hesab edir ki, yeni müharibə İran rejiminin süqutunu sürətləndirə bilər.

Bununla belə, telekanalın mənbəsi iddia edir ki, İsrail rəhbərliyi Vaşinqtona təzyiq göstərmək təəssüratı yaratmamağa çalışır və eskalasiyaya can atdıqlarını nümayiş etdirməkdən qaçır.

Məryəm Quliyeva