Paşinyan Ermənistanın Aİİ üzvü olaraq qaldığını bildirib Dünya

Paşinyan Ermənistanın Aİİ üzvü olaraq qaldığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqı (Aİ) və Rusiya ilə münasibətləri məsələsinə dair referendumun keçirilməsinə ehtiyac olmadığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalmağa davam edir.

Paşinyan həmçinin bildirib ki, Astanada keçiriləcək Aİİ sammitində iştirak edə bilməyəcək və bu barədə aprel ayında Rusiyaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib. Onun sözlərinə görə, Ermənistanı sammitdə onun əvəzinə baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.

Məryəm Quliyeva