ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
12 May 10:40
2 415
İsrail Müdafiə Ordusu (SAXAL), İranla atəşkəs rejiminin qüvvəyə mindiyi 8 aprel tarixindən bu yana şiə təşkilatı "Hizbullah"ın 1,1 min hərbi obyektinə zərbələr endirib və Livanda 350 silahlı radikalı zərərsizləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"8 aprel atəşkəs razılaşmasının başlanğıcından bəri İsrail Hərbi Hava Qüvvələri Hizbullahın 1,1 min hədəfinə zərbə endirib, SAXAL isə Livanın cənubunda 350 döyüşçünü məhv edib", — deyə bəyanatda bildirilir.
Nazirlik hücuma məruz qalan obyektlər arasında "hərbi məqsədlər üçün istifadə olunan binaları", "silah anbarlarını", həmçinin "atəşə hazır vəziyyətdə olan raket qurğularını" sadalayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, SAXAL "siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq İsrail vətəndaşlarına yönəlmiş təhdidlərə qarşı fəaliyyətini davam etdirəcək".
Məryəm Quliyeva
31 Oktyabr 18:02
833
31 Oktyabr 17:42
889
31 Oktyabr 17:41
882