Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
15 May 12:45
3 626
Hindistan Yaxın Şərqdə sülhün bərqərar olması üçün mümkün olan hər bir yardımı göstərməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə nümayəndə heyətləri səviyyəsində keçirilən danışıqlar zamanı bəyan edib.
"Yaxın Şərq regionundakı müharibənin fəsadları bu gün bütün dünyada hiss olunur. Hindistan problemlərin həlli üçün dialoq və diplomatiyaya hər zaman böyük önəm verib", — deyə Modi beynəlxalq normalara riayət olunmasının vacibliyini qeyd edib.
"Hindistan hər bir vəziyyətdə BƏƏ ilə çiyin-çiyinə dayanır və bunu etməyə davam edəcək. Sülh və sabitliyin bərpası üçün Hindistan mümkün olan hər cür yardımı göstərəcək", — deyə Baş nazir əlavə edib.
"Biz BƏƏ-yə qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyirik. BƏƏ-yə qarşı atılan addımlar heç bir formada qəbul edilə bilməz", — deyə o bildirib.
Modinin sözlərinə görə, Hindistan BƏƏ-nin "milli birliyi, regionun təhlükəsizliyi və bütövlüyünü qorumaq üçün" atdığı addımları alqışlayır.
Məryəm Quliyeva
7 Noyabr 14:12
1 442
7 Noyabr 14:03
1 372
7 Noyabr 12:12
1 365