10:45
714
ABŞ-nin UFO insidentləri ilə bağlı məxfiliyi ləğv edilmiş sənədlərinə əsasən, ölkənin Hərbi Hava Qüvvələri ulduza bənzəyən naməlum uçan obyekti önləmək üçün havaya azı 13 qırıcı qaldırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı "The Disclosure Foundation" təşkilatının məlumatlarına istinadən xəbər verib.
"Obyekt şaquli olaraq yuxarı və aşağı hərəkət edirdi ki, bu da təyyarənin hərəkətinə bənzəmirdi. O, böyük bir ulduz kimi görünürdü", — deyə sənəddə qeyd olunub. Mətndə həmçinin UFO-nun maviyə çalan bəyaz, parlaq işıq saçdığı dəqiqləşdirilir.
May ayında ABŞ Müdafiə Nazirliyi öz saytında UFO-lar barədə Amerika arxiv sənədlərini dərc edib. Bu məlumatların ictimaiyyətə açıqlanacağını aprelin sonunda ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi.
Məryəm Quliyeva