İran yeni HHM sistemlərini işə salır​​​​​​​ Dünya

İran yeni HHM sistemlərini işə salır​​​​​​​

İran düşmənin hava hücumlarının qarşısını daha səmərəli şəkildə almaq üçün yeni hava hücumundan müdafiə (HHM) sistemlərindən istifadə etmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının rəisi Əli Abdullahi məlumat verib.

"Düşmənin hava hücumlarına qarşı daha effektiv mübarizə aparmaq üçün yeni HHM sistemlərini istismara verəcəyik", — deyə İranın "Al Alam" telekanalı onun sözlərini sitat gətirir.

Məryəm Quliyeva