Əraqçi: "İran və ABŞ arasındakı atəşkəs Livana da şamil olunur" Gündəm

Əraqçi: "İran və ABŞ arasındakı atəşkəs Livana da şamil olunur"

İran və ABŞ arasında atəşkəs rejiminin bərqərar olunması şərtləri İsrailin Livandakı hərbi əməliyyatlarına da şamil edilirdi, buna görə də Tehran bu əməliyyatların davam etdirilməsini bütövlükdə atəşkəsin pozulması kimi qiymətləndirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

"İran və ABŞ arasındakı atəşkəs qeyd-şərtsiz olaraq Livan da daxil olmaqla bütün hərbi əməliyyat zonalarına şamil edilir. Cəbhələrin hər hansı birində onun pozulması, bütövlükdə atəşkəs rejiminin pozulması deməkdir", — deyə o, "X" sosial şəbəkəsində yazıb.

Əraqçi vurğulayıb ki, bu pozuntuların nəticələrinə görə məsuliyyət tamamilə və bütövlüklə ABŞ və İsrailin üzərinə düşür.

Məryəm Quliyeva