İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
İsrail ordusu Qəzzada HAMAS liderlərinə qarşı əməliyyat keçirib
1 İyun 15:21
2 324
Ödənişli avtomobil yollarında motosikletlər üçün yeni tariflər müəyyənləşdirilib.
Tarif Şurasından verilən xəbərə görə, Tarif Şurasının bu gün keçirilən iclasında avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.
Qeyd edilib ki, bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.