12:36
840
ABŞ tərəfindən İrana qarşı yeni tələblərin irəli sürülməsi danışıqlar prosesinin uzanmasına səbəb olur.
Xalqcebhesi.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Esmail Bəqai mətbuat konfransı zamanı bəyan edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatların daim öz mövqeyini dəyişdiyi, yeni və ya ziddiyyətli tələblər irəli sürdüyü və media vasitəsilə fərqli, bir-birini təkzib edən mesajlar göndərdiyi bir şəraitdə, bunun danışıqlar prosesinin uzanmasına gətirib çıxarması təbiidir.
Diplomat qeyd edib ki, Tehran ilkin olaraq Vaşinqtona qarşı böyük etmadsızlıq nümayiş etdirib və hazırda Amerika tərəfi ilə mesaj mübadiləsi də eyni ab-havada davam edir.
Bəqai ABŞ rəsmilərinin ziddiyyətli bəyanatlarının onların danışıqlar taktikasının bir hissəsi ola biləcəyini ehtimal edib. O vurğulayıb ki, İslam Respublikasına qarşı bu taktika işə yaramayacaq.
Buna baxmayaraq, bundan əvvəl ABŞ prezidenti İranın Birləşmiş Ştatlarla sülh sazişi imzalamağa həqiqətən hazır olduğunu bəyan etmişdi.
Məryəm Quliyeva