Bolqarıstan Azərbaycan qazının Cənub-Şərqi Avropaya çatdırılması üçün layihəni tamamlayır İqtisadiyyat

Bolqarıstan Azərbaycan qazının Cənub-Şərqi Avropaya çatdırılması üçün layihəni tamamlayır

Bolqarıstan Azərbaycan qazının Cənub-Şərqi Avropaya çatdırılması üçün layihəni tamamlayır.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən panel sessiyada Bolqarıstanın energetika nazirinin müavini Kiril Temelkov bildirib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyinin təmin olunması üçün əsas amillərdən biri enerji sistemləri arasında əlaqələrin gücləndirilməsi və mənbələrin şaxələndirilməsidir.

Kiril Temelkov qeyd edib ki, Bolqarıstan hazırda Şaquli Qaz Dəhlizinin tikintisini başa çatdırmaq üzrədir.

“Bu layihə mayeləşdirilmiş təbii qazın və alternativ mənbələrdən daxil olan qazın bütün Cənub-Şərqi Avropaya çatdırılması üçün mühüm imkan yaradacaq”, - o bildirib.

Nazir müavini vurğulayıb ki, regional interkonnektorların inkişafı enerji təhlükəsizliyinin gücləndirilməsinə və yeni enerji mənbələrinin Avropa bazarına çıxışına şərait yaradır.