12:25
959
Fevral ayında ABŞ və İsrail ilə münaqişənin başlamasından bəri İran hərbçiləri Amerikanın ən azı 20 hərbi obyektinə zərər vurublar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə peyk şəkillərini və videoqeydləri araşdıran BBC teleradioyayım korporasiyası məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, İran Yaxın Şərqin səkkiz ölkəsində — Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, İraq, İordaniya, Bəhreyn və Omanda yerləşən Amerika obyektlərinə zərbələr endirib. Bəzi analitiklər hesab edirlər ki, zərbələr bu ölkələrdəki 28 Amerika obyektinə dəyib.
Xüsusilə, İran BƏƏ və İordaniyadakı aviabazalarda üç THAAD raketdən müdafiə batareyasına ziyan vurub. Teleqran həmçinin Səudiyyə Ərəbistanındakı Amerika yanacaqdolduran və kəşfiyyat təyyarələrinə ciddi zərər yetirib.
BBC-nin qeyd etdiyinə görə, ABŞ obyektlərinə dəymiş ziyanın miqyasını qiymətləndirmək çətindir. May ayına olan məlumata görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) iddia etdiyi kimi, İrana qarşı əməliyyatın aparılmasının ümumi dəyəri 29 milyard dollar təşkil edəcək. Bu məbləğin əhəmiyyətli bir hissəsi münaqişə zamanı məhv edilmiş "texnikanın təmiri və ya dəyişdirilməsinə" sərf olunacaq. ABŞ Konqresindən bildiriblər ki, hərbi əməliyyatlar zamanı 42 uçuş aparatı, o cümlədən F-35 və F-15 qırıcıları, həmçinin "MQ-9 Reaper" pilotsuz uçuş aparatları zədələnib və ya tamamilə məhv edilib.
Pentaqon isə "təhlükəsizlik mülahizələrinə görə" BBC-nin bu məlumatını şərh etməkdən imtina edib.
Məryəm Quliyeva