Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək
Bolqarıstan Azərbaycan qazının Cənub-Şərqi Avropaya çatdırılması üçün layihəni tamamlayır
Starmer: Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin gücləndirilməsində çox mühüm tərəfdaşdır
Hindistan səfirliyi Bakıdakı binasında Taqor-Nizami Kitabxanası yaradacaq
15:36
826
Misir SOCAR-ın qaz tədarükünə görə Azərbaycana təşəkkür edib.
Bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədavi bildirib.
Onun sözlərinə görə, qaz enerji balansında mühüm rolunu qoruyub saxlayır və bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
“Xüsusilə ötən yay Misirə qaz tədarükünə verdiyi dəstəyə görə SOCAR-a və Azərbaycana təşəkkür etmək istəyirəm. Mövcud infrastrukturdan istifadə etməklə həyata keçirilən bu tədarüklər Misirdə müxtəlif sektorların qazla təminatına kömək edib”, - deyə nazir qeyd edib.
K. Bədavi əlavə edib ki, Misir enerji sahəsində regional əməkdaşlığı genişləndirir və Avropa bazarlarına bərpa olunan enerji ixracını artırmaq üçün yeni elektrik interkonnektorları üzərində işləyir.
16:36
0
16:35
42
16:19
378