Əməkdar jurnalist Əminə Yusifqızı: Baş redaktor olana qədər nə gəldi, yazırdım - MÜSAHİBƏ
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
Putin Paşinyanla Aİİ-nin Astana sammitinin nəticələrini müzakirə edib
Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına məktub göndərib
13:00
420
“Azərbaycanın alternativ enerji strategiyası ölkənin üçüncü enerji strategiyasıdır. Neft və qaz strategiyasından sonra artıq alternativ enerji strategiyasının işə düşməsi düşünürəm ki, ölkəmizdə yaşıl iqtisadiyyatın artması fonunda daha böyük təşəkkül tapacaq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı bildirib ki, ölkənin yaşıl enerji siyasətinin əsasında duran layihələrdən biri və bəlkə də birincisi Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Buxarestdə 2022-ci ildə imzalanmış memorandumdur: “Məhz bu memoranduma əsasən Xəzər dənizinin alternativ enerji resursları hesabına istehsal olunmuş elektrik enerjisi Avropaya ixrac olunacaq. Qara dənizin dibi ilə 1095 kilometr məsafədə kabel xəttinin çəkilməsi planlaşdırılır. Bu da artıq digər istiqamətlərdə hər bir ölkə üçün ayrıca hədəflərin müəyyən edilməsində bir zərurətə çevirilib. Məhz bundan dolayı region ölkələri, o cümlədən də Azərbaycan alternativ enerji resurslarının istehsalı ilə bağlı, yəni bu resurslar kontekstində istehsal olunacaq elektrik enerjisinin artırılması ilə bağlı hədəflər müəyyən edib və bu hədəflərdən dolayı 2030-cu ildə artıq ümumi istehlakda yaşıl enerji payının 35 faizə çatdırılması qarşıya hədəf olaraq qoyulub”.
E.Əmirov düşünür ki, Azərbaycanın post-neft dönəmində qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi üçün ən prioritet istiqamətlərdən biri yaşıl enerji istiqamətidir: “Düşünürəm ki, yaşıl enerji ölkə iqtisadiyyatının perspektivdə əsas sütunlarından biri ola bilər. Bunun üçün həm resurslar, həm strategiyalar rol oynayır. Sadəcə bu strategiyanın doğru idarə olunması və hədəflərə doğru düzgün istiqamətlənmə düşünürəm ki, böyük ölçüdə ölkə iqtisadiyyatının gələcəyində bu sektorun payını artıracaq”.
Röya İsrafilova