Kuveyt İranı hədələyib
16:51
16:19
595
Azərbaycan yeni əlaqələndirmə strategiyamızın ən mühüm tərəfdaşlarındandır.
"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən panel sessiyada Avropa Komissiyasının Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi yenidən beynəlxalq gündəliyin əsas prioritetlərindən birinə çevrilib və Avropa İttifaqı tərəfdaş ölkələrlə daimi enerji dialoqunu davam etdirir.
K. Lobillo Borrero qeyd edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ilə yeni əlaqələndirmə (connectivity) strategiyası üzərində işləyir. Bu strategiya yalnız enerji sektorunu deyil, ticarət, investisiya və digər istiqamətləri də əhatə edir.
“Bu strategiyada Azərbaycan Avropa İttifaqının ən mühüm tərəfdaşlarından biridir”, - deyə o vurğulayıb.
Aİ rəsmisi bildirib ki, qurum tərəfdaş ölkələrlə enerji ticarətinin inkişafı, tənzimləyici çərçivələrin uyğunlaşdırılması və enerji keçidi sahəsində əməkdaşlığı genişləndirməyə çalışır.
Onun sözlərinə görə, Avropa İttifaqı enerji keçidində əsas diqqəti elektrikləşməyə və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldir. Bununla yanaşı, hər bir ölkənin enerji keçidini öz prioritetlərinə uyğun şəkildə həyata keçirmək hüququna malik olduğu qeyd olunub.
K. Lobillo Borrero əlavə edib ki, enerji təhlükəsizliyi, təchizatın etibarlılığı və dekarbonizasiya məsələləri Aİ-nin beynəlxalq tərəfdaşlıqlarında əsas istiqamətlərdən biri olaraq qalır.
16:59
322
16:36
574
16:35
511