11:55
679
Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq və qarşılıqlı anlaşma əldə etməyi səbirsizliklə gözləyirik.
Bunu Kanadada Zikh Federasiyasının rəhbəri Moninder Sinqh jurnalistlərə açıqlamasında deyib.
“Bu ölkə və bu torpaqla həqiqətən dərin bağlarımız var. Azərbaycan xalqına və bu regionun insanlarına minnətdarıq ki, bizə 1984-cü ilin iyun qətliamı, soyqırımı kimi qiymətləndirdiyimiz hadisələr, zikh xalqının suverenlik uğrunda Xalistan hərəkatı barədə danışmaq imkanı verirlər.
Eyni zamanda, soyqırımı və işgəncələrin qurbanı olmuş insanların səslərinin eşidilməsi, adlarının unudulmaması və hekayələrinin bütün dünyaya çatdırılması vacibdir. Bakı Təşəbbüs Qrupu sayəsində öz hekayəmizi qlobal auditoriyaya çatdırmaq imkanı əldə etmişik. Azərbaycan xalqı bizi dinlədi və fikirlərimizi ifadə etməyimiz üçün hörmətli bir platforma təqdim etdi”, - o qeyd edib.