12:45
609
Macarıstan Ukraynadakı münaqişənin nizamlanmasına diplomatik töhfə verməyə hazırdır və danışıqlar üçün məkan ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Peter Madyar Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib.
"Biz diplomatik və humanitar yardım göstərə bilərik, həmçinin Macarıstan danışıqlar məkanı ola bilər", — deyə o qeyd edib.
Kiyevin təhlükəsizlik təminatlarına toxunan Madyar bildirib ki, bunları yalnız beynəlxalq birlik təmin edə bilər. "Macarıstan burada həlledici rol oynaya bilməz, bu, böyük dövlətlərin səlahiyyətidir", — deyə o hesab edir.
Məryəm Quliyeva