NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib Dünya

NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib

NASA Beynəlxalq Kosmik Stansiyada (BKS) hava sızmasının güclənməsi səbəbindən astronavtlara mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib.

Bu barədə "Reuters" NASA-ya istinadən məlumat yayıb.

NASA-nın məlumatına görə, orbital stansiyanın Rusiya seqmentində hava sızmasının artması fonunda astronavtlara kosmik gəmilərinə keçmək və fövqəladə vəziyyətə hazır olmaq tapşırılıb.

Bildirilib ki, NASA-nın Crew-12 missiyasının dörd üzvü — amerikalı astronavtlar Cessika Meir və Cek Heteuey, Avropa Kosmik Agentliyinin fransalı astronavtı Sofi Adeno və “Roskosmos”un kosmonavtı Andrey Fedyayevə SpaceX-in Crew Dragon gəmisinə daxil olmaq və skafandr geyinmək əmri verilib.

Astronavtlar fevral ayından etibarən Beynəlxalq Kosmik Stansiyada çalışırlar. Onlar Ay və Marsa gələcək missiyalar üçün elmi tədqiqatlar və texnologiya sınaqları aparırlar.