11:15
1 050
Amerika Birləşmiş Ştatları Avropada NATO-nun əməliyyatları üçün ayırdığı qırıcı təyyarələrin sayını üçdə bir qədər azaltmağı, həmçinin digər bəzi təyyarə və gəmilərini regiondan çıxarmağı planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti öz mənbələrinə və redaksiyanın əldə etdiyi sənədə istinadən məlumat yayıb.
NYT-nin əlində olan ABŞ-nin hərbi mövcudluğunu azaltma planı iyunun əvvəlində Vaşinqtonun NATO-dakı müttəfiqlərinə təqdim edilib. Həmin sənədə əsasən, Birləşmiş Ştatlar F-16 və F-15E qırıcılarının sayını təxminən 150-dən 100-ə qədər azaldacaq.
Qəzet qeyd edir ki, Vaşinqton həmçinin dəniz kəşfiyyatı təyyarələrinin bir hissəsini geri çəkmək niyyətindədir — onların sayı 26-dan 15-ə endiriləcək. Bundan əlavə, Birləşmiş Ştatlar regiondakı bütün səkkiz yanacaqdolduran təyyarəsini başqa yerə köçürməyi planlaşdırır. NYT-nin məlumatına görə, ABŞ həmçinin raket silahları ilə təchiz olunmuş bir sualtı qayığı və aviadaşıyıcı qrupunu (yəni onlarla qırıcı və gəmini) regiondan çıxarmaq istəyir.
Pentaqon nəşrin yaydığı məlumatı şərh etməkdən imtina edib.
Məryəm Quliyeva