ABŞ və İran arasındakı memorandum 14 bənddən ibarətdir​​​​​​​ Dünya

ABŞ və İran arasındakı memorandum 14 bənddən ibarətdir​​​​​​​

ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair memorandum 14 bənddən ibarətdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə sənədi yayan "Mehr" agentliyi məlumat verib.

Razılaşdırılmış mətndə aşağıdakı müddəalar yer alıb:

  • 30 gün ərzində dəniz blokadasının qaldırılması və Amerika qüvvələrinin İslam Respublikası ilə həmsərhəd zonalardan çıxarılması;

  • Razılaşmaya əsasən, ABŞ və onun müttəfiqləri İranın bərpası üçün məbləği azı 300 milyard dollar olan planlar təqdim etməli olacaqlar;

  • İran neftinin və neft məhsullarının satışına tətbiq edilən sanksiyaların fəaliyyətinin dayandırılması;

  • İran və ABŞ 60 gün ərzində nüvə mövzusunda danışıqlar aparacaq və bunun yekununda saziş bağlayacaqlar;

  • 12 milyard dolların dondurmaqdan azad edilməsi, blokadanın qaldırılması və neft sanksiyalarının dayandırılması İranın nüvə danışıqlarına başlaması üçün qoyduğu şərtlərdir.

"Mehr" agentliyi yazır ki, bununla yanaşı, İranın raket proqramı və regiondakı "müqavimət oxu" qüvvələrinə dəstəyi məsələləri İran və ABŞ-nin memorandum mətninə daxil edilməyib. Sənəddə qeyd olunur ki, "İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələləri gündəlikdən qəti olaraq çıxarılıb".

Məryəm Quliyeva