21 Avqust 13:24
21 Avqust 12:17
21 Avqust 11:44
12 İyun 08:42
2 023
Goranboy rayonunda marketlərdən birində quldurluq hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, naməlum maskalı şəxs marketə daxil olaraq satıcını kəsici alətlə hədələyib və kassada olan 410 manatı ələ keçirərək hadisə yerindən qaçıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Uğur Tağıyev müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəlinin marketə daxil olması, kassadakı pulu götürməsi və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
21 Avqust 20:36
658
21 Avqust 19:25
672
21 Avqust 18:46
686