MAQATE İrandan təcili uran hesabatı tələb edib Gündəm

MAQATE İrandan təcili uran hesabatı tələb edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Rəhbərlər Şurası İrandan mövcud uran ehtiyatları barədə təcili hesabat təqdim etməsini tələb edən qətnamə qəbul edib. Regionda baş verən bir sıra hərbi toqquşmalardan sonra Tehrana qarşı diplomatik təzyiqlər güclənib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qərarı Şuranın 35 üzvündən 21-i dəstəkləyib. Sənədin həmmüəllifləri qismində ABŞ, Böyük Britaniya, Fransa və Almaniya çıxış ediblər. Qərb dövlətləri Tehrandan tam şəffaflıq nümayiş etdirməsini və müfəttişlərin obyektlərə buraxılmasını tələb edirlər.

Bununla belə, səsvermədə tam yekdillik nümayiş etdirilməyib. Rusiya, Çin və Niger qətnamənin əleyhinə səs verib, digər 10 dövlət isə bitərəf qalıb.

"İranın addımları nəinki onun nüvə proqramının xarakteri ilə bağlı təcili narahatlıq doğurur, həm də qlobal nüvə təminatları rejiminin bütövlüyünü təhlükə altına qoyur", — deyə dörd dövlətin və MAQATE-nin birgə bəyanatında bildirilir.

Məryəm Quliyeva