09:43
987
İran bu gecə Hörmüz boğazından keçməyə çalışan kommersiya gəmilərinə bir neçə pilotsuz uçuş aparatı (PUA) buraxıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksəkrütbəli rəsmisinə istinadən (qapalı brifinqdə) məlumat verib:
"Görünən odur ki, İran bu gecə Hörmüz boğazından keçən kommersiya gəmilərinə zərbələr endirməyə cəhd edib. Amerika qüvvələri İranın iki birtərəfli zərbə pilotsuz aparatını (dron-kamikadze) vurub. Boğazda gəmilərin hərəkəti davam edir".
Məryəm Quliyeva