Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib
Ukraynanın üç regionunda elektrik enerjisinin kəsilməsi qeydə alınıb
ABŞ-nin İrana yeni zərbələri qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adlandırılıb
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”
12 İyun 12:15
2 660
Vaşinqtonun ziddiyyətli mövqeyinə baxmayaraq, İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair sazişin böyük hissəsi artıq təsdiqlənib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmisi Esmail Bəqai məlumat verib.
"Mətnə gəlincə, onun əsas hissələri demək olar ki, tamamlanıb. Problem ondadır ki, Birləşmiş Ştatların ziddiyyətli mövqeyi bu prosesdə həmişə qeyri-sabitliyə və fasilələrə səbəb olub", — deyə "Press TV" telekanalı onun sözlərini sitat gətirib.
Bəqai ABŞ ilə sazişin imzalanacağı yer və vaxtla bağlı bütün ehtimalları spekulyasiya adlandırıb. Onun sözlərinə görə, Qətər və Pakistandan olan vasitəçilər səylərini davam etdirirlər, lakin ABŞ-nin təcavüzkarlığı ucbatından diplomatik proses zərər görüb.
Məryəm Quliyeva