Üç ölkədən Trampa zəng: İrana zərbə planı niyə təxirə salındı?​​​​​​​ Dünya

Üç ölkədən Trampa zəng: İrana zərbə planı niyə təxirə salındı?​​​​​​​

Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan liderləri ABŞ Prezidenti Donald Trampın İrana "bu axşam çox güclü zərbə" endirməklə hədələməsindən sonra ona zəng ediblər. Liderlər Trampı bu addımdan çəkinməyə çağırıblar və ilkin razılaşmanın artıq olduqca yaxın olduğuna dair onu əmin ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə rəsmi şəxslərə və bir diplomata istinadən "Politico" nəşri məlumat yayıb.

Cümə axşamı dərc olunan hesabata görə, əvvəllər barəsində məlumat verilməyən bu telefon zəngləri Trampı zərbə endirmək planlarından daşındırmağa kömək edib.

Qeyd etmək lazımdır ki, dünən Tramp özünün "Truth Social" sosial şəbəkəsində müzakirələrin və yekun sazişlərin həm konseptual baxımdan, həm də bütün detalları ilə prosesə cəlb olunmuş bütün tərəflər — o cümlədən Amerika Birləşmiş Ştatları, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr tərəfindən razılaşdırıldığını yazmışdı.

Məryəm Quliyeva