13:33
665
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan təmizlənməsində müttəfiqlərin köməyi müqabilində "Ukrayna ilə bağlı müəyyən güzəştlərə" getməyə hazır olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
"Hörmüz boğazını minalardan təmizləmək üçün ABŞ prezidentinə G7-dəki müttəfiqlərinin və digər ölkələrin imkanları lazım olacaq", — deyə qəzet avropalı diplomatlardan birinin sözlərini sitat gətirib.
Diplomatın iddiasına görə, Tramp bunun müqabilində "Ukrayna ilə bağlı bəzi güzəştlərə" getməyi vəd edib. "Onun Ukraynanın tərəfində qalacağına dair çox ciddi gözləntilər var. Liderlərə də məhz bunu deyib", — deyə rəsmi şəxs bildirib və əlavə edib ki, müttəfiqlər Hörmüz boğazında kömək göstərməyə hazır olduqlarını, lakin bunun müəyyən şərtlər daxilində mümkün olacağını ifadə ediblər.
Məryəm Quliyeva