11:51
840.jpg)
İsrail Müdafiə Ordusunun (SAXAL) tabor komandiri və üç izrail hərbçisi Livanın cənubunda radikalların hücumları zamanı öldürülüb, daha beş hərbçi isə yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"401-ci zirehli tank briqadasının 52-ci taborunun komandiri, podpolkovnik Dor Qedaliya Ben-Simxon Livanın cənubundakı döyüş toqquşması zamanı öldürülüb. Bu insident nəticəsində daha üç hərbi qulluqçu həlak olub", — deyə bəyanatda bildirilir.
Bundan əlavə, cümə gününə keçən gecə Livanın cənubunda partlayıcı maddə ilə yüklənmiş PUA-nın zərbəsi nəticəsində SAXAL-ın bir zabiti və daha dörd hərbi qulluqçusu yaralanıb, deyə qurumdan qeyd edilib. Mətbuat xidmətindən əlavə ediblər ki, "hərbi qulluqçular tibbi yardım göstərilməsi üçün xəstəxanaya təxliyə olunublar".
Məryəm Quliyeva