14:40
1 155
Türkiyə dialoq və diplomatiya yolu ilə Ukraynadakı böhranın tezliklə nizamlanması üçün hər cür dəstəyi göstərməyə hazırdır. Rəsmi Ankara tərəfindən irəli sürülən bu mövqeyi respublikanın xarici işlər naziri Hakan Fidan iyunun 25-26-da rəsmi səfərdə olacağı Kanadada diqqətə çatdıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
"Nazir Fidanın Rusiya və Ukrayna arasındakı münaqişənin son vaxtlar kəskinləşməsi ilə bağlı beynəlxalq birliyin narahatlığına diqqət çəkəcəyi və müharibənin dialoq və diplomatiya yolu ilə tezliklə dayandırılması üçün Türkiyənin hər cür dəstəyi verməyə hazır olduğunu bir daha təsdiqləyəcəyi gözlənilir", — deyə nazirlikdən qeyd ediblər.
"Bundan başqa, Fidan ABŞ və İran arasındakı razılaşmaların pozulmasına yönəlmiş mümkün təxribatlarla bağlı ayıq-sayıq olmağın zəruriliyini bəyan edəcək və Hörmüz boğazında müharibədən əvvəlki status-kvonun bərpa edilməsinin, habelə maneəsiz və azad keçidin təmin olunmasının qlobal ticarət və enerji təchizatı üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayacaq", — deyə Türkiyə XİN-dən bildirilib.
Məryəm Quliyeva