12:13
637
Lənkəran Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şəki şəhərinə uğurlu qastrol səfəri edib.
AZƏRTAC xəbər verir ki, yaradıcı kollektiv yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı Şəki Dövlət Dram Teatrının səhnəsində təqdim edib.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının (RF) Əməkdar artisti Laləzar Hüseynovadır.
Tamaşa böyük maraqla qarşılanıb, peşəkar aktyor oyunu, səhnə həlli və əsərin aktual mövzusu şəkili sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.
Nümayişdən sonra Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova səmimi qəbula və göstərilən diqqətə görə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimova və Şəki Dövlət Dram Teatrının direktoru Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə təşəkkürünü bildirib.
23 İyun 16:20
1 204
23 İyun 14:54
1 288
22 İyun 13:04
1 953