Tramp: İran Hörmüz boğazından keçid üçün rüsum almadığını ABŞ-a bildirib Gündəm

Tramp: İran Hörmüz boğazından keçid üçün rüsum almadığını ABŞ-a bildirib

İran rəsmiləri ABŞ-ı əmin ediblər ki, gəmilərin Hörmüz boğazından keçidi üçün ödəniş tələb etmirlər.

Xalqcebhesi.az -ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər ödənişin alındığı məlum olarsa, ABŞ İran tərəfi ilə danışıqları dərhal dayandıracaq.

"İran ABŞ-ı məlumatlandırıb ki, əksini iddia edən saxta xəbərlərə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum yığımır, sığorta haqları və ya hər hansı digər ödənişlər tələb etmir", — deyə o, "Truth Social" şəbəkəsində yazıb.

ABŞ lideri vurğulayıb ki, əgər "Tehrandan alınan məlumatın yalan olduğu üzə çıxarsa, danışıqlar dərhal dayandırılacaq".

Məryəm Quliyeva