Polşada ABŞ hərbi bazasının harada yerləşdirilə biləcəyi açıqlanıb Dünya

Polşada ABŞ hərbi bazasının harada yerləşdirilə biləcəyi açıqlanıb

Polşada ABŞ-ın daimi hərbi bazası ölkənin qərbində, Şetsin (Qərbi Pomorze voyevodalığının paytaxtı) rayonunda yerləşdirilə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Stanislav Vzyontek bəyan edib.

"Şetsin bazanın yerləşdirilməsi üçün cəlbedici bir məkan kimi görünür", — deyə o, "Polskie Radio 24" radiostansiyasının efirində bildirib. Nazir müavini bu məkanın seçilmə ehtimalının səbəbləri arasında Almaniya ilə sərhədə yaxınlığı və dəniz limanının mövcudluğunu qeyd edib. "Ağır texnikanın əlavə dəniz yolu ilə daşınmasının asanlığı burada böyük əhəmiyyət kəsb edir", — deyə Vzyontek əlavə edib.

O qeyd edib ki, ABŞ-ın daimi hərbi bazası "ailələri ilə birlikdə gələn təxminən 3-5 min əsgər və texniki heyətin olduğu, ümumilikdə təxminən 30 min sakini olan kiçik bir şəhərciyi" xatırladacaq.

Müdafiə Nazirliyinin rəsmisi həmçinin göstərib ki, Şetsinlə yanaşı ABŞ hərbi bazasının yerləşdirilməsi üçün digər məkanlar da nəzərdən keçirilir, lakin onların hamısı Polşanın qərb hissəsində yerləşir.

Məryəm Quliyeva