Tramp ABŞ müfəttişlərinin İranda MAQATE-yə qoşulacağını bildirib
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib - FOTO
Qəzza üzrə Sülh Şurasının iclası iyunun 30-dan iyulun 1-dək Kiprdə keçiriləcək
Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək üçün Polşaya gedib
FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər
14:37
1 232
ABŞ Prezidenti Donald Tramp Ukraynaya onun ərazisində "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" nəşri məlumat yayır.
Materialda qeyd olunduğu kimi, Kiyevə raket-əleyhinə (hava hücumundan müdafiə) raketlərinin istehsalı hüququnun verilməsi hava hücumundan müdafiə (HHM) vasitələrinin qıtlığı problemini həll etməyəcək, lakin eyni zamanda ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi risklər yaradacaq.
"Çünki rəqiblərin hərbi sirrə çıxış əldə etməsi daha asan olacaq. Buna görə də Tramp administrasiyası bu sorğunu rədd etməlidir", — deyə nəşr yazır.
Məqalə müəllifi qeyd edir ki, Ukrayna ağlabatan müddətdə "Patriot" raketlərinin istehsalını qura bilməyəcək. Belə ki, Almaniyada 2024-cü ilin əvvəlində başladılan analoji layihə yalnız 2028-ci ilə qədər tam gücü ilə fəaliyyət göstərəcək.
Məryəm Quliyeva