10:15
1 330
NATO-nun Baş katibi Mark Rütte bildirib ki, alyansın Türkiyədə keçiriləcək növbəti sammitində onun 32 üzvü ilə yanaşı, daha on ölkə iştirak edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rütte "Fox News" telekanalına müsahibəsində bildirib.
"Ankaraya gəldiyimiz zaman daha 10 ölkə bizə qoşulacaq və bu, onun (ABŞ prezidentinin) rəhbərlik etdiyi 42 dövlətdən ibarət koalisiyadır. Bu koalisiya birlikdə hərəkət edən digər dörd dövlətə — Çin, Şimali Koreya, İran və Rusiyaya qarşı dayanır və onlar Donald Trampın rəhbərlik etdiyi 42 ölkəlik bu böyük əks-qüvvə ilə qarşılaşırlar", — deyib.
NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.
Məryəm Quliyeva