11:52
1 267
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri tez və ya gec İranın nüvə obyektlərində təftişlərə başlayacaqlar, müvafiq bənd ABŞ və İran arasındakı anlaşma memorandumunda yer alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə MAQATE-nin rəhbəri Rafael Qrossi Yaponiyanın "Fukusima-1" AES-inə (harada ki, təmizlənmiş suyun okeana axıdılması prosesi davam edir) səfəri zamanı bəyan edib.
"Associated Press" agentliyi Qrossinin bu sözlərini sitat gətirib: "Memorandumda dəqiq qeyd olunub ki, nüvə materiallarından istifadə edilən obyektlərdəki fəaliyyət MAQATE-nin nəzarəti altında həyata keçiriləcək. Aydındır ki, bunun üçün təftişlər zəruridir və onlar baş tutacaq". Eyni zamanda, MAQATE rəhbəri bu cür təftişlərin nə vaxt başlaya biləcəyinin hələlik müəyyən edilmədiyini bildirib. "Bu, birisigün, bir həftə, yoxsa 10 gündən sonra baş verəcək — bu, vacib sualdır, lakin kritik deyil", — deyə o əlavə edib.
Məryəm Quliyeva