XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub
24 İyun 10:21
1 974
Azərbaycan son illərdə əldə etdiyi siyasi, hərbi və iqtisadi uğurlar sayəsində “orta güc” kimi mövqeyini daha da möhkəmləndirib.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu status Azərbaycanın təkcə regionda deyil, daha geniş coğrafiyada təsir imkanlarının artdığını göstərir.
“Orta güc” anlayışı hərbi potensial, iqtisadi imkanlar, diplomatik təsir, “yumşaq güc” və digər amilləri özündə birləşdirir. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi bu statusun daha aydın şəkildə təsdiqlənməsinə şərait yaradıb. Bu gün Azərbaycan yalnız ölkə daxilində deyil, regiondan kənarda da müxtəlif təşəbbüs və layihələr həyata keçirir. Bu da ölkənin potensialının Cənubi Qafqazın hüdudlarını aşdığını göstərir”, – Fərid Şəfiyev bildirib.
BMTM sədri qeyd edib ki, konfransın əsas məqsədi Azərbaycanın beynəlxalq sistemdə artan rolunu müzakirə etmək, bu istiqamətdə aparılan araşdırmaların nəticələrini təqdim etmək və yeni təkliflər ətrafında fikir mübadiləsi aparmaqdır.
19:26
539
17:50
672
17:23
665