"TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub Hadisə

"TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub

"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə "TikTok" platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

O, müvafiq qərarla inzibati qaydada həbs edilib.