17:03
735
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, yüksək dərəcədə zənginləşdirilmiş uran axtarışı üçün amerikalı müfəttişlər MAQATE nümayəndələri ilə birlikdə İrana gedəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ lideri ilə həmsöhbət olan "Fox News" telekanalının jurnalisti Trey İnqst məlumat verib.
"Prezident Tramp ölkəyə (İrana) müfəttişlərin göndərilməsində tələskənliyə ehtiyac olmadığını deyir. O, həmçinin "Fox News"-a bildirib ki, yüksək dərəcədə zənginləşdirilmiş uran tapmaq üçün İrana yollanarkən ABŞ müfəttişləri MAQATE-yə qoşulacaqlar", — deyə o, telekanalın efirində bildirib.
Məryəm Quliyeva