15:52
707
Avropa Komissiyası (AK) Ukraynaya ABŞ-dan silah almaq üçün Aİ-nin hərbi maliyyələşdirmə çərçivəsində ayırdığı vəsaitlərdən istifadə etməyə icazə verməyə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin rəsmi nümayəndəsi Balaş Uyvari izah edib.
AK-nin pilotsuz uçuş aparatlarının (PUA) satın alınması üçün yaxın vaxtlarda Ukraynaya yönəltmək niyyətində olduğu 5,9 milyard avronun istifadə variantlarından danışan nümayəndə aydınlıq gətirib ki, Kiyev bu pulları ABŞ istehsalı olan silahların alınmasına yalnız bir şərtlə xərcləyə bilər: əgər oxşar silah növlərini Avropanın hərbi şirkətləri tədarük edə bilmirsə və Brüssel buna icazə verirsə. "Ukraynanın istisnalar barədə sorğu təqdim etmək imkanı var, AK buna baxacaq, lakin onun təsdiqlənəcəyinə dair heç bir zəmanət yoxdur", — deyə o xəbərdarlıq edib.
Məryəm Quliyeva